• Bakı 16° C

    2.71 m/s

Bakıda iki ev YANDI

HADİSƏ

07 Fevral 2022 | 09:19

Bakıda iki ev YANDI

Bakıda iki ev yanıb.

Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 110 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Binəqədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 70 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə və ümumi sahəsi 90 m² olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 m² sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026