• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Bakıda intihar edən sahibkar oğlu imiş

HADİSƏ

14 May 2021 | 15:21

Bakıda intihar edən sahibkar oğlu imiş

Bakıda intihar edən gənclə bağlı araşdırma başladılıb.

Bakıvaxtı.az xəbər verir ki,bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 1995-ci il təvəllüdlü Əhədzadə Mirvəfayıl Məhərrəm oğlunun yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etməsi ilə bağlı Yasamal Rayon Prokurorluğuna daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib. 

Araşdırma üzrə məhkəmə tibb ekspertizası təyin edilib, o cümlədən digər zəruri prosesual tədbirlər həyata keçirilib. Hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

Qeyd edək ki, Lənkəran rayon Şağlaser kənd sakinlərinin dediyinə görə, mərhum hazırda doğulduğu kənddə torpağa tapşırılır. Mərhumun atası Məhərrəm Əhədov Bakıda “MIR” avtosalonun sahibidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026