Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarını təhqir edən şəxs həbs olunub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, dekabrın 5-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə bir nəfərin polisin qanuni tələblərinə tabe olmaması ilə bağlı məlumat daxil olub. Müəyyən edilib ki, "Renault Megan" markalı avtomobilin sürücüsü Rasim Əliyev (ad şərtidir) yol patrul xidməti inspektoru tərəfindən saxlanılan zaman polisin qanuni tələblərinə tabe olmayıb və onu təhqir edib.
Polis əməkdaşları tərəfindən bölməyə gərtirildikdən sonra isə izahatı alınan zaman öz təqsirini etiraf edib.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə həbs edilib.
Səbuhi Elnur






jpg-1673084547.webp)






jpg-1673068323.webp)


