• Bakı 14° C

    1.25 m/s

Bakıda qətl: 26 yaşlı şəxs öldürüldü

HADİSƏ

24 Sentyabr 2023 | 13:46 | Müəllif: Subhan Mahmudov

Bakıda qətl: 26 yaşlı şəxs öldürüldü

Bakıda tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Nəsimi rayon prokurorluğundan məlumat daxil olub.

Qeyd olunub ki, sentyabrın 24-ü saat 07 radələrində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Səhrab Məlikovun Nəsimi rayonu, M.Qaşqay kücəsində yerləşən evdə tanışı Tərlan Mədətovu bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Səhrab Məlikov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026