• Bakı 14° C

    1.25 m/s

Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı

CƏMİYYƏT

14 Sentyabr 2021 | 21:39 | Müəllif: Subhan Mahmudov

Bakıda təcili tibbi yardım maşını qəzaya uğradı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026