• Bakı 18° C

    11.91 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Bakıda və bir sıra rayonlarda külək əsir - FAKTİKİ HAVA

CƏMİYYƏT

21 May 2025 | 11:09

Bakıda və bir sıra rayonlarda külək əsir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 21-i saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

Bu barədə Bakıvaxtı.az-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Mingəçevirdə 26, Bərdədə 22, Şahdağda 20, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şabranda 19, Sabirabadda 17, Gəncə və Xaçmazda 16, Şəkidə 15 m/s-dək güclənib.

Ölkə ərazisində küləkli hava şəraitinin mayın 22-dək davam edəcəyi gözlənilir.


SON XƏBƏRLƏR