• Bakı 17° C

    2.69 m/s

Bakıda zəncirvari qəza - 9 nəfər...

HADİSƏ

08 Noyabr 2024 | 10:07

Bakıda zəncirvari qəza - 9 nəfər...

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Belə ki, Mərdəkan-Qala şossesində 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub. Nəticədə 9 nəfər xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralı şəxslərdən ikisinin - Fatimə Qasımova və Əlfəddin Əlhüseynovun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026