• Bakı 14° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Gömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandı

HADİSƏ

07 Dekabr 2024 | 12:16

Gömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan istiqamətindən “Qırmız Körpü” gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan “kartof” yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Gömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandıGömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandıGömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandıGömrükçülərdən əməliyyat - külli miqdarda pirotexniki vasitə aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR