• Bakı 15° C

    3 m/s

"Barselona"da ödəniş öhdəlikləri 1,3 milyard avronu ötüb

İDMAN

16 Avqust 2021 | 15:23

"Barselona"da ödəniş öhdəlikləri 1,3 milyard avronu ötüb

İspaniya "Barselona"sının maliyyə durumu daha da pisləşib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta Kataloniya təmsilçisinin rəsmi tvitter səhifəsinə açıqlamasında deyib.

59 yaşlı funksioner bildirib ki, klubun bank borcları əhəmiyyətli dərəcədə artıb, ödəniş öhdəlikləri isə 1 milyard 350 milyon avroya çatıb: "553 milyonluq mənfi dövriyyə kapitalımız var. Bu, yüksək məbləğdir və düşdüyümüz vəziyyətdən xəbər verir".

O, həmçinin illik maliyyə itkisinin 481 milyon avro olduğunu, koronavirus pandemiyası səbəbindən cəmi 550 milyon avro kredit götürə bildiklərini əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR