• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Legiya"nın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır

İDMAN

14 Sentyabr 2021 | 15:35

"Legiya"nın baş məşqçisi Mahir Emreliyə uyğun sistem axtarır

"Yay transfer pəncərəsi arxada qalıb, hazırda imkanlarımızı və komandamızın durumunu bilirik. Bütün yaxşı oyunçularımızdan istifadə etməliyik".

Bakıvaxtı.az-ın məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının baş məşqçisi Çeslav Mixneviç Rusiyada Moskva "Spartak"ına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl "Sport.tvp.pl" nəşrinə müsahibəsində deyib.

51 yaşlı mütəxəssis aparıcı futbolçularına uyğun taktika ilə meydana çıxmaq istədiklərini bildirib: "Mahir Emreli, Jozue Soareş, Ernest Muçi və başqalarının oynaya biləcəkləri sistem tapmaq istəyirəm. Hücum potensialımız var və bundan yararlanmaq niyyətindəyik. Hər qarşılaşmada rəqib meydanında özünü rahat hiss edən ən azı 5 oyunçunun olmasını istəyirəm".

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Spartak" - "Legiya" oyunu Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026