• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Levandovski "Bavariya"dan ayrıla bilər

İDMAN

13 Oktyabr 2021 | 13:55

Levandovski "Bavariya"dan ayrıla bilər

Polşa millisinin futbolçusu Robert Levandovski Almaniyanın "Bavariya" klubundan ayrıla bilər.

Bakıvaxtı.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu "Borussiya" (Dortmund) komandasında çıxış edən Erlinq Holannın Münhen təmsilçisinə keçidi ilə bağlı yayılan şayiələrdən narazıdır.

Bundan əlavə, təcrübəli forvard klubun onunla yeni müqavilə barədə danışıq aparmamasından da narahatdır. Onun əhval-ruhiyyəsinin dəyişməsini həm komanda yoldaşları, həm də baş məşqçi Yulian Nagelsman hiss edib.

Qeyd edək ki, Robert Levandovskinin "Bavariya" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026