• Bakı 16° C

    2.04 m/s

Bartında həlak olanların ailələrinə maddi dəstək göstəriləcək

DÜNYA

15 Oktyabr 2022 | 16:46

Bartında həlak olanların ailələrinə maddi dəstək göstəriləcək

Türkiyə dövləti Bartində mədən partlayışında həlak olanların ailələrinə maddi dəstək göstərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Bartində jurnalistlərə açıqlamasında deyib.

O, bu məqsədlə ümümilikdə 1 milyon 150 min türk lirəsi (105 min manat) həcmində vəsaitin ayrılacağını qeyd edib. Ərdoğan Nazirlər Kabinetinin iclasında isə ailələrə göstəriləcək dəstəyə dair növbəti addımların müzakirə olunacağını diqqətə çatdırıb.

Bundan əlavə, dövlət başçısı mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayının 41-ə çatdığını da bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR