“Terrorçular və onların havadarları cavab verəcəklər”.
Bakıvaxtı.az “CNN Türk”ə istinadən bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Çavuşoğlu bundan sonra da, Türkiyə və digər ərazilərdə terrorçuluğa qarşı mübarizə aparacaqlarını deyib.
Qeyd edək ki, 13 noyabrda Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Səbuhi Elnur


jpg-1668428180.jpg)













