• Bakı 17° C

    2.69 m/s

Bayden kişi ilə qadını səhv saldı

DÜNYA

09 Oktyabr 2021 | 15:28 | Müəllif: Subhan Mahmudov

Bayden kişi ilə qadını səhv saldı

ABŞ Prezidenti Co Bayden İllinoysda çıxışı zamanı bir sıra səhvlərə yol verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

O, əvvəlcə Çikaqonun qadın bələdiyyə başçısı Lori Laytfutu "cənab" adlandırıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, tamaşaçılar Ağ Ev rəhbərinin çıxışında tək səhvin bu olmadığını da bildiriblər. Belə ki, o, İllinoys ştatının senat sədri Don Harmona müraciət edərkən dili dolaşıb.

"Və Ohayo Pensilvaniya, Ohayo Pensilvaniya, mən pensilvaniyalıyam, İllinoysun prezidenti", - deyə ABŞ prezidenti rabitəsiz ifadələr işlədib.

Daha sonra Bayden xəstəxana işçisi ilə söhbətini izləyicilərə danışarkən televizorla telefonu qarışdırıb.

"Dünən axşam televiziyada idim, televiziyada idim, təcili yardım idarəsindən bir nəfərlə telefonda danışdım", - deyə o, xatırlayıb.

Sosial şəbəkə istifadəçiləri qısa bir çıxışda bu qədər səhvə öz təəccüblərini bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026