• Bakı 12° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Daha bir internet nəhəngi Çin bazarından çəkildi

DÜNYA

07 Noyabr 2021 | 22:18

Daha bir internet nəhəngi Çin bazarından çəkildi

Geniş istifadə olunan e-poçt müştərisi ilə tanınan ABŞ-ın Yahoo internet şirkəti "hüquqi və biznes problemlərinin artması səbəbindən" Çin bazarından çıxmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətdən verilən açıqlamada, internet xidmətlərinin noyabrın 1-dən Çinin materik hissəsindən istifadə olunmayacağı bildirilib.

"Şirkət olaraq biz istifadəçilərimizin hüquqlarına, açıq və pulsuz internetə sadiq qalmağa davam edəcəyik", - deyə məlumatda bildirilir.

Şirkətin bazardan çəkilmək barədə açıqlaması Çində 1 Noyabrda Fərdi Məlumatların Qorunması Qanununun qüvvəyə minməsindən sonra verilib.

Çindəki qanuni qaydalara görə, internet şirkətləri istifadəçi məlumatlarını səlahiyyətlilərlə paylaşmağa borcludur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026