Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə görüşüb.
Bakıvaxtı.az-ın “CNNTürk”ə istinadən məlumatına görə, görüş Dohada Türkiyə-Qətər Yüksək Strateji Komitəsinin 7-ci toplantısı çərçivəsində keçirilib.
Məlumata görə, Ərdoğan Qətər Əmiri tərəfindən rəsmi qarşılanma mərasimindən sonra tərəflər arasında ikitərəfli görüş keçirilib.
















