• Bakı 18° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə karantin qaydaları DƏYİŞDİ

DÜNYA

06 Yanvar 2022 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə karantin qaydaları DƏYİŞDİ

Türkiyədə koronavirusa yoluxmuş şəxslərin karantində qalmaq müddəti ilə bağlı dəyişiklər edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, Koronavirus Elmi Komitəsinin videokonfrans vasitəsilə keçirilən iclasında epidemiya ilə bağlı məsələlər, karantin qaydaları və peyvənd proqramı müzakirə olunub. Onun sözlərinə görə, koronavirusun "omikron" ştamına yoluxmada artım var.

"Koronavirusa yoluxanların karantin müddəti 7 gün müəyyən edilib. 7-ci gündən sonra yüngül və ya simptomları olmayan insanlar üçün karantin müddəti başa çatır. Onlar 5-ci gün testdən keçərsə və testin nəticəsi mənfi olarsa, karantin müddəti başa çatır", - deyə səhiyyə naziri qeyd edib.

Bundan başqa, məktəblərdə maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və otaqların havalandırılması qaydalarına tam riayət etmək tələb olunur.

Nazir məktəblərdə əyani tədrisin davam edəcəyini vurğulayıb. Bildirib ki, ölkədəki bütün qurumlar bağlanmayana qədər məktəblərimiz bağlanmayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR