• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ Ukraynaya 40 patrul avtomobili verdi

DÜNYA

05 Fevral 2022 | 00:02 | Müəllif: Subhan Mahmudov

ABŞ Ukraynaya 40 patrul avtomobili verdi

ABŞ çətin relyefə malik sərhəd bölgələrində patrul xidməti aparmaq üçün Ukrayna Dövlət Sərhəd Xidmətinə 40 avtomobili təhvil verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cümə günü ABŞ-ın Ukraynadakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.

“ABŞ Ukraynaya sülh və təhlükəsizliyin möhkəmləndirilməsi səylərində dəstəyini davam etdirir. Fevralın 4-də ABŞ Ukrayna Sərhəd Mühafizə Xidmətinə texniki yardım çərçivəsində 40 tam ötürücülü "Mitsubishi" markalı avtomobil verib, - məlumatda deyilir.

Bildirilib ki, bu avadanlıq sərhədçilərə ayrılan 20 milyon dollarlıq təcili yardım paketinin bir hissəsidir. Yardıma, həmçinin, digər avtomobillər, radiorabitə, fərdi mühafizə vasitələri, çadırlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, fevralın 3-də ABŞ-dan Kiyevə döyüş sursatı olan yeddinci yük təyyarəsi gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026