• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Hulusi Akar ukraynalı həmkarı ilə danışdı

DÜNYA

06 Mart 2022 | 20:44 | Müəllif: Subhan Mahmudov

Hulusi Akar ukraynalı həmkarı ilə danışdı

Türkiyənin müdafiə naziri Hulusi Akar Ukraynanın müdafiə naziri Oleksey Reznikov ilə danışıb.

Bakıvaxtı.az xəbər verir ki, söhbət zamanı atəşkəsin və sabitliyin tezliklə təmin olunması, humanitar yardımın göstərilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Akar tərəfindən təhlükəsiz evakuasiyanın təmin edilməsi və humanitar vəziyyətin yaxşılaşdırılması üçün müəyyən müddətə də olsa, atəşkəs rejiminə təcili ehtiyac olduğu vurğulanıb.

O, əvvəllər olduğu kimi Ukraynaya humanitar yardımın çatdırılması, sülh və əmin-amanlığın bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026