İranın Məşhəd şəhərində naməlum şəxs İmam Rza məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücum edib.
Bakıvaxtı.az-ın apa-ya istinadən xəbərinə görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
***
16:41
İranın şimal-şərqindəki Məşhəd şəhərində bıçaqla silahlanmış naməlum şəxs İmam Rza ziyarətgahında insanlara hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralı şəxslər xəstəxanaya yerləşdirilib.
Hücum edən şəxs saxlanılıb.
Hazırda hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.(trend)
















