• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynada Rusiya helikopterinin qalıqları çaydan çıxarıldı

DÜNYA

05 May 2022 | 16:24 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada Rusiya helikopterinin qalıqları çaydan çıxarıldı

Ukraynada Rusiyaya məxsus helikopterin qalıqları çaydan çıxarılıb.

Bakıvaxtı.az bu barəıdə Ukrayna mətbiatına istinadla xəbər verir.

Məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinə məxsus hücum helikopterinin qalıqları Kiyev vilayətində Dnepr çayından tapılıb. Helikopter Ukrayna Dövlət Sərhəd Mühafizəsi tərəfindən qayıqlarla sahilə çıxarılıb.

Ukrayna Baş Qərargahının verdiyi açıqlamaya görə, fevralın 24-dən indiyədək Rusiya ordusuna məxsus 192 tank, 169 çoxlüləli raket sistemi, 83 hava hücumundan müdafiə sistemi, 196 təyyarə, 155 helikopter və 312 pilotsuz uçuş aparatı məhv edilib, 24.700 rus əsgəri məhv edilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR