• Bakı 10° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Bayraktar"ın qiyməti AÇIQLANDI

DÜNYA

04 Iyun 2022 | 13:19 | Müəllif: Qalib İbrahimoğlu

"Bayraktar"ın qiyməti AÇIQLANDI

Litva hökuməti "Bayraktar TB2" almaq üçün Türkiyə ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, Litva "Bayraktar TB2" almaq üçün 5 milyon avro ödəməlidir. Ödəniləcək məbləğin kampaniya ilə toplandığı bildirilib. 

Türkiyə mənbələri bunun standart qiymət olmadığını, qiymətin müqavilənin şərtlərinə görə dəyişə biləcəyini yazır.

Qeyd edək ki, "Baykar" şirkətinin texniki direktoru Litva xalqının topladığı puldan imtina edərək onlara jest edib. 

O, PUA-nın Litvaya pulsuz veriləcəyini açıqlayıb. Toplanan pul isə Ukraynada humanitar məqsədlər üçün istifadə ediləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR