• Bakı 26° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Odessaya raket zərbəsi - yaralananlar var

DÜNYA

04 Iyun 2022 | 11:40 | Müəllif: Subhan Mahmudov

Odessaya raket zərbəsi - yaralananlar var

Səhər saatlarında Rusiyanın strateji aviasiya təyyarələri Odessa vilayətinin rayonlarından birinə raket zərbəsi endirib.

Bakıvaxtı.az UNİAN-a istinadən bildirir ki, Rusiya kənd təsərrüfatı müəssisəsini  raketlə vurub, ilkin məlumata görə, iki nəfər yaralanıb. Bu haqda Odessa Vilayət Hərbi Administrasiyasının sözçüsü Sergey Bratçuk bildirib.

"...Rusiya Federasiyasının strateji aviasiya təyyarəsi Odessa vilayətinin rayonlarından birinə qanadlı raket hücumu həyata keçirib..., Kh-59 raketi kənd təsərrüfatı müəssisəsini və müvafiq olaraq oradakı anbarı vurub... İlkin məlumata görə, iki nəfər yaralanıb... yanğın söndürülüb", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR