• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İstanbul TƏŞVİŞ İÇİNDƏ: Meymunçiçəyi olduqlarını zənn edib...

 

DÜNYA

04 Iyun 2022 | 13:10 | Müəllif: Qalib İbrahimoğlu

İstanbul TƏŞVİŞ İÇİNDƏ: Meymunçiçəyi olduqlarını zənn edib...

Türkiyənin İstanbul şəhərində meymunçiçəyi təşvişi yaşanıb.

Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki. hadisə şəhərin Sultanqazi bölgəsindəki apteklərin birində yaşanıb. Belə ki, aptekə gələn 2 Əfqanıstan vətəndaş əllərindəki yaraları göstərərək dərman istəyib. Əczaçı yaraların meymunçiçəyi ola biləcəyindən şübhələnərək, aidiyyəti şəxslərə məlumat verib.

Polis və tibb işçiləri aptekdən çıxan 2 əfqanı və yoldaşlarını təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 3 nəfər aparıldıqları xəstəxanada müayinədən keçirilib. Yaraların səbəbləri araşdırılır. 

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026