• Bakı 20° C

    5.48 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Jurnalistin ölümünü Zelenski ELAN ETDİ

DÜNYA

05 May 2022 | 14:49 | Müəllif: Qalib İbrahimoğlu

Jurnalistin ölümünü Zelenski ELAN ETDİ

Jurnalist Aleksandr Maxov Rusiyanın Ukraynaya hücumu nəticəsində həlak olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski “qəhrəman” elan etdiyi jurnalistin “hər zaman ən cəsurlar arasında birinci yerdə olduğunu” vurğulayıb.

36 yaşlı ukraynalı jurnalistin ölümündən danışan prezident onun vətənpərvər, səmimi və həmişə təkəbbürdən uzaq olduğunu  deyib: “O, həmişə ən cəsurlar sırasında olub. Rusiya bu ölümün məsuliyyətini öz üzərinə götürəcək və əvəzini ödəyəcək. Biz bunu edəcəyik. Ukrayna üçün zəfər çalacağıq”.

Maxov müharibəyə getməmişdən əvvəl Ukrayna televiziyasının canlı yayım müxbiri olub. Müharibənin başlaması ilə o, jurnalistikanı atıb, orduya gedib. Aprelin 28-də qəlpə parçasına düşərək xəsarət alan Maxov Feysbukda öz fotosunu paylaşaraq nişanlısı Anastasiya Blışçikə toya qədər sağalacağına söz verib. Amma..

Anastasiya Blışçik nişanlısının ölüm xəbərindən sonra Feysbukda ürəkağrıdan post payıaşıb: “İnana bilmirəm. O, sağdır, bunun səhv olduğunu deyin”.

Maxovun karyerasına fasilə verib vətəni uğrunda döyüşməyi ilk dəfə deyildi. O, 2015-ci ildə Donbass bölgəsində rus separatçıları ilə toqquşmalarda da iştirak edib. Mövcud münaqişə başlamazdan bir müddət əvvəl “Coffee or Die Magazine” jurnalına danışan Marxov deyib: "Mən hiss etdim ki, bir jurnalist kimi gördüklərim kifayət deyil və bir əsgər kimi düşmənlə döyüşmək istəyirdim. Bir jurnalist kimi, bilirsən ki, ölə bilərsən. Qarşı tərəfin sizi öldürə biləcəyini bilirsiniz, ancaq hədəfin siz olmadığını da hiss edirsiniz. Digər tərəfdən, bir əsgər kimi düşmənin səni öldürmək istədiyini bilirsən. Səni öldürməyə çalışırlar. Çox fərqli hissdir. Mən yenidən müharibəyə getməyə hazıram”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026