• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Erməni kriminal avtoritetə hökm oxundu

DÜNYA

04 Iyun 2022 | 10:48 | Müəllif: Subhan Mahmudov

Erməni kriminal avtoritetə hökm oxundu

Rostov şəhərinin Kirov rayon Məhkəməsi kriminal dairələrdə Karlik kimi tanınan Vaqan Nerkararyan hədə-qorxu ilə pul tələb etdiyinə görə cəzasını sərt rejimli həbsxanada çəkmək şərtilə on il müddətinə azadlıqdan məhrum edib.

Bakıvaxtı.az lent.az-a istinadən xəbər verir ki, Nerkararyan məhkəmədə günahını boynuna alıb.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayından sentyabr ayına kimi 1 saylı təcridxanada olarkən kamera yoldaşını və onun qohumlarını qətllə hədələyərək qiymətli kağızlar tələb edib. Bu işdə ona iki cinayət ortağı kömək edib, onlara qarşı iş ayrıca icraata ayrılıb. Nəticədə zərərçəkən Nerkararyana 23 milyon rubl dəyərində əmlak verib.

Bundan əlavə, 2016-cı ilin sentyabrından noyabr ayına qədər fiziki zorakılıqla hədələyərək eyni məhbusdan 2,6 milyon rubl məbləğində tikinti müqavilələri üzrə tələb etmək hüququ alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026