• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bayer"in futbolçusu "Qarabağ"la oyuna hazır olacaq

İDMAN

23 Oktyabr 2023 | 10:01

"Bayer"in futbolçusu "Qarabağ"la oyuna hazır olacaq

Almaniyanın “Bayer 04” klubunun ulduz futbolçusu Patrik Şik UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyunda dönüşünü qeyd edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Bild”ə açıqlamasında Leverkuzen təmsilçisinin baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis bildirib ki, Bundesliqanın VIII turunda “Volfsburq”la (2:1) matçın iştirak ərizəsində yer alan çexiyalı hücumçunu riskə atmaq istəməyib: “Oyun gərgin keçdi, temp yüksək idi. Matçın gedişatı Şikin iştirakına mane oldu. Düşünürəm ki, o, “Qarabağ”la görüşdə şans qazana biləcək. Onun təxminən 10-15 dəqiqə meydanda olacağına ümid edirəm”.

Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026