• Bakı 17° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Argentina Braziliyaya qalib gəldi

İDMAN

22 Noyabr 2023 | 08:44

Argentina Braziliyaya qalib gəldi

Argentina millisi 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisini məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, "Marakana" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Oyunda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. 82-ci dəqiqədə isə braziliyalı hücumçu Joelinton birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Stadionda azarkeşlərlə polis arasında baş verən dava səbəbindən milli komandalar arasında matçın başlaması gecikib. Hətta argentinalı futbolçular da münaqişəyə müdaxilə edib, lakin bundan sonra Messi komandanı meydandan çıxararaq tribunaların altındakı otağa aparıb.

Altı oyundan sonra Argentina 15 xalla turnir cədvəlində birinci yerdədir. Braziliya altıncı yerdədir (7 xal).


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026
10 Oktyabr 2026