• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Peresdən gözlənilməz qərar

İDMAN

21 Noyabr 2023 | 20:05 | Müəllif: Subhan Mahmudov

Peresdən gözlənilməz qərar

"Real"ın prezidenti Florentino Peres Avropa Superliqası arzusundan əl çəkmir.

Bakıvaxtı.az xəbər verir ki, o, İngiltərə klublarının məsələ ilə bağlı mövqeyindən asılı olmayaraq sözügedən turniri bərpa etməyə çalışacaq.

Dekabrın 21-də Avropa İttifaqının Ədalət Məhkəməsi UEFA ilə Superliqa arasında gedən proseslərdə son qərarı elan edəcək. Məhkəmə turnirin UEFA-nın himayəsi xaricində keçirilməsi barədə qərar versə, Peres dərhal prosesi sürətləndirəcək.

Onun iştirakçıların tərkibindən asılı olmayaraq, Superliqaya start verəcəyi bildirilib.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Mançester Yunayted", "Mançester Siti", "Arsenal", "Liverpul", "Tottenhem", "Çelsi", "Real", "Barselona", "Atletiko", "Yuventus", "Milan" və "İnter" klubları Avropa Superliqasını yaratdıqlarını açıqlayıblar. Lakin UEFA-nın təzyiqindən sonra "Real", "Barselona" və "Yuventus"dan başqa, digər klublar turnirdən imtina ediblər./qol.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026