• Bakı 24° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

"Tottenhem"in 10 xalı silinə bilər

İDMAN

22 Noyabr 2023 | 09:49

"Tottenhem"in 10 xalı silinə bilər

İngiltərə Futbol Assosiasiyası (FA) cari mövsüm "Tottenhem" klubunun Premyer Liqada 10 xalını silə bilər.

Bakıvaxtı.az  "The Times"a istinadən xəbər verir ki, buna London təmsilçisinin futbolçusu Cermeyn Defonun 15 il əvvəl, 2008-ci ildə "Portsmut"a keçidi səbəb olub.

"Tottenhem" keçmiş hücumçunu 8,5 milyon avroya satıb və transfer danışıqları aparmaq üçün lisenziyasız agent Mitçell Tomasdan istifadə edib.

Bu keçiddə iştirak edən digər agent Stüart Petersin isə müqaviləsi olmayıb. FA qayda pozuntusundan xəbərdar olsa da, 2010-cu ildə londonlulara sanksiya tətbiq etməyib. Bununla belə, həmin il "Luton Taun" oxşar pozuntuya görə 10 xaldan məhrum edilib.

Hazırda assosiasiya bu işə yenidən baxmağı nəzərdən keçirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026