• Bakı 12° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Skaloni istefa verə bilər

İDMAN

22 Noyabr 2023 | 09:23

Skaloni istefa verə bilər

Argentina millisinin baş məşqçisi Lionel Skaloni istefa verə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu 45 yaşlı mütəxəssis özü açıqlayıb.

O, DÇ-2026-nın seçmə mərhələsində Braziliyanı 1:0 hesabı ilə məğlub etdikləri səfər matçından sonra mümkün istefaya işarə vurub: “İndi topu saxlayıb düşünməyə başlamağın vaxtıdır. Bu futbolçular mənə çox şey qazandırdılar. Gələcəyimlə bağlı nə edəcəyimi çox düşünməliyəm. Bu vida deyil, amma tələb çox yüksəkdir, çox enerji tələb edir. Davam etmək, qalib gəlmək çətindir. Komandaya maksimum enerjiyə sahib olan məşqçi lazımdır”.

Qeyd edək ki, Argentina millisi Cənubi Amerika zonasında 15 xalla turnir cədvəlinə başçılıq edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026