• Bakı 22° C

    2.99 m/s

Bayramov və Mirzoyan bu tədbirdə iştirak edəcək

SİYASƏT

07 Dekabr 2023 | 22:13 | Müəllif: Subhan Mahmudov

Bayramov və Mirzoyan bu tədbirdə iştirak edəcək

Ermənistan və Azərbaycanın xarici işlər nazirləri dekabrın 11-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitində iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.

İclasda AB ölkələrinin xarici işlər nazirləri, eləcə də onların beş Şərq Tərəfdaşlığı ölkəsindən - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan olan həmkarları (altıncı, Belarus iştirak etməyəcək) iştirak edəcək.

Sammitə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Jozep Borrell sədrlik edəcək.

Nazirlər “Şərq tərəfdaşlığı” ilə bağlı fikir mübadiləsi aparacaq, əldə olunan nailiyyətləri qiymətləndirəcək və gələcək üçün konkret tövsiyələr müəyyən edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026