• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Ben-Qvir yenidən Əl-Əqsa məscidinə basqın etdi: Talmud duası oxudu

DÜNYA

04 Avqust 2025 | 10:42

Ben-Qvir yenidən Əl-Əqsa məscidinə basqın etdi: Talmud duası oxudu

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir yüzlərlə radikal yəhudi ilə birlikdə Əl-Əqsa məscidinə növbəti dəfə basqın edib.

Bakıvaxtı.az bu barədə "The Times of Jerusalem"ə istinadla xəbər verir.

Məlumata görə, basqın “Məbədin dağıdılmasının ildönümü” bəhanəsi ilə həyata keçirilib və məscid həyətində Talmudik ayinlər icra olunub. Əməliyyatlar İsrail polisinin nəzarəti altında aparılıb və 1251 nəfər radikalın iştirak etdiyi bildirilib.

Bildirilib ki, Ben-Qvir böyük izdiham arasında cib telefonundan Talmud duası oxuyarkən görüntülənib.

Qeyd edək ki, bu təxribat xarakterli addımlar İsrail hökumətinin razılığı ilə həyata keçirilir və İslam ölkələrinin sərt reaksiyasına səbəb olur.

Əli Hüseynov


SON XƏBƏRLƏR

03 Avqust 2025