• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – SƏBƏB

DÜNYA

14 Avqust 2023 | 16:55 | Müəllif: Subhan Mahmudov

Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – SƏBƏB

Almaniya xarici işlər naziri Annalena Berbok təyyarəsində texniki nasazlıq  yaranıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,  bunun nəticəsində təyyarə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə enməli olub.

Bildirilir ki, texniki nasazlığın aradan qaldırıla biləcəyi hələlik bəlli olmadığından Baerbok və onu müşayiət edən nümayəndə heyətinin səfəri necə davam etdirəcəyi bəlli deyil.

Məlumata görə, Berbok Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A340" təyyarəsinin eniş qanadlarında yaranan mexaniki problem səbəbindən Əbu-Dabidən Avstraliyaya uça bilməyib.

Nazirliyin sözçüsü bildirib ki, nasazlıq aradan qaldırıla bilməsə, nazir Baerbok və nümayəndə heyətinin bəzi üzvləri adi təyyarələrdən biri ilə Əbu-Dabidən Avstraliyanın paytaxtı Kanberraya səyahətlərini davam etdirə bilərlər və ya hökumət təyyarəsinin düzəlməsini gözləməlidirlər.

Sözügedən nasazlıq ilk növbədə sosial medianın gündəminə düşüb. Bir çox istifadəçi Almaniya hökumət təyyarələrinin tez-tez nasazlıqlarını qeyd edib.

Lakin bu, alman nazirin üzləşdiyi ilk problem deyil. Hürriyətdə yer alan xəbərə görə, may ayında Baerbokun səfər etdiyi hökumət təyyarəsi də oxşar problemlə üzləşib. Təyyarə təkər nasazlığı səbəbindən Qətərin paytaxtı Dohada məcburi eniş etmişdi.

Ay Tac

 


Berbokun təyyarəsi Əbu-Dabidə qaldı – SƏBƏB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026