Ermənistan ordusunun sentyabrın 12-də ölən əsgəri Aleks Avanesyanın intihar etdiyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əsgərin intihar etməsi ilkin versiyadır, istintaq davam edir.
Xatırladaq ki, A.Avanesyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisindən aşkarlanıb. O, odlu silahdan aldığı yara nəticəsində ölüb.
Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan hərbçini intihara sövq etmə maddəsi ilə cinayət işi başlanıb.
09:00
Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Aleks Sureni Avanesyan aldığı güllə yarasından ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
















