Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "ГАЗ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















