• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bakıda qəza: ölən var

HADİSƏ

15 Iyun 2022 | 08:27 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda qəza: ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda “KİA” markalı minik avtomobilinin beton maneəyə çırpılması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Məmiyev Yaqub Heybət oğlunun meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026