• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə turist avtobusu aşdı - 41 nəfər yaralandı

HADİSƏ

14 Iyul 2022 | 19:22 | Müəllif: Subhan Mahmudov

Türkiyədə turist avtobusu aşdı - 41 nəfər yaralandı

Türkiyənin cənubundakı Dənizli vilayətində turist avtobusu aşıb.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, 41 ağır qəzada 41 nəfər  yaralanıb.

Xəsarət alanlar arasında Almaniya, Britaniya və Meksikadan olan 39 turist də var. Qəzaya səbəb avtobusun ön təkərinin partlaması olub. Sürücü idarəetməni itirib, maşın hasardan aşıb. 

İlkin məlumata görə, üç zərərçəkənin vəziyyəti ağırdır. Turistlərin əksəriyyətinə qəza yerində tibbi yardım göstərilib.

Analoji hal 2 gün əvvəl də baş verib. Belə ki, 12 iyulda turistləri daşıyan avtobusun uçuruma düşməsi nəticəsində 18 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026