“Bu, həm strateji, həm də cəmiyyətin problemidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyanın Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Qohum nikahları ilə bağlı” ictimai müzakirədə deyib.
R.Qasımov bildirib ki, əgər bu gün bizdə bu kimi halların yaranma dərəcəsi artsa, bu, bizim gələcək nəslimizə mənfi təsir edir.
Onun sözlərinə görə, həm xəstə, həm əlil olaraq doğulmuş uşaq təkcə özünün yox, eyni zamanda, ailəsinin də çəkdiyi maddi və mənəvi problemidir:
“Bu məsələnin ciddi aktual olduğunu qəbul edirik. Bu, dünyada yaranmış bir problemdir. Bəs qarşısını almaq üçün biz nə edək? Təəssüf ki, biz qəbul edirik ki, bu, kifayət qədər yayılmış hadisədir. Bunun sosial yükü də var. Səbəblər barəsində çox danışmaq olar. Hamı istəyir ki, tanıdığı insanla ailə qursun. Bəzi yerlərdə hətta fəxr edirlər ki, biz ancaq öz qohumlarımızla ailə qururuq və s.”
PA rəsmisi deyib ki, 3 və 4-cü qohumluq dərəcəsi olan insanların nikahının qadağan edilməsi müzakirə olunmalıdır:
“Uzun illərdir maarifləndirmə aparılır. Nikah zamanı tibbi müayinədən keçmək də bir az kömək etsə də, problem hələ qalır. Məsələdə dövlət qabağa çıxıb cəmiyyəti arxasınca çəkməlidir”.
Aytac Aslan





jpg-1712813597.webp)










