Gəncədə bıçaq xəsarəti alan ana və oğulun son vəziyyəti açıqlanıb.
TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Daşkəsən rayon sakini 1970-ci il təvəllüdlü Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən isə O.Paşayevin həyat yoldaşı A.Məmmədovadır. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.