• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bir il ərzində öldürülən jurnalistlərin yarısından çoxu Qəzzadandır

DÜNYA

10 Dekabr 2024 | 16:33

Bir il ərzində öldürülən jurnalistlərin yarısından çoxu Qəzzadandır

Beynəlxalq Jurnalistlər Federasiyası 2024-cü ildə öldürülən jurnalistlərlə bağlı açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatda 104 jurnalist və media işçisinin öldürüldüyünü və onların yarıdan çoxunun İsrailin hücumlarını davam etdirdiyi Qəzzada baş verdiyini bildirib. 

Belə ki, məlumatda bildirilib ki, bu il ölən jurnalistlərin böyük əksəriyyəti Yaxın Şərqdə dünyasını dəyişib. Statistikaya görə, hücumlar nəticəsində indiyədək 66 media işçisi həyatını itirib.

Həmçinin, İsrailin hücumlarını davam etdirdiyi Qəzza və Livanda 55 fələstinli, 6 livanlı və 1 suriyalı media işçisinin həlak olduğu qeyd edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

18 Aprel 2025