• Bakı 17° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

BMT bu məsələlərdə öz acizliyini göstərir...- AÇIQLAMA

SİYASƏT

20 Noyabr 2025 | 09:31

BMT bu məsələlərdə öz acizliyini göstərir...- AÇIQLAMA

İsrail ordusu Livanın Səidə şəhərində yerləşən Ayn əl-Hilva Fələstinli Qaçqınlar Düşərgəsinə hava zərbəsi endirib. Hücum nəticəsində 13 nəfər həlak olub, onlarca yaralı var.

Atəşkəs razılaşmasına baxmayaraq, hücumların davam etməsi bölgədə gərginliyin daha da artmasına səbəb olur.

Ayn əl-Hilva düşərgəsindəki son hücum İsrail-Livan xəttindəki gərginliyi artırmaqla yanaşı, Yaxın Şərqdə daha geniş regional eskalasiya riski yaradırmı? Bəs BMT-nin mövqeyi bu prosesin qarşısını almaq üçün real təsir gücünə malikdirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən şərqşünasSamid Bağırov bildirib ki, Livanla İsrail arasında atəşkəs razılaşmasına baxmayaraq İsrail demək olar hər gün Livanın səmasında uçuşlar həyata keçirir və ölkənin xüsusilə də cənubunu gündəlik hava zərbələrilə hədəfə alır.Onun sözlərinə görə,  İsrail tərəfinin dediyi kimi əsas hədəf “Hizbullah” hərəkatının mənsublarıdır:

“Lakin İsrailin ötən gecə hədəfə aldığı ərazi HƏMAS-ın nüfuz dairəsində olan Ayn əl-Hilva düşərgəsidir. Bu hava zərbələri Qərbin, ərəb ölkələrinin və Türkiyənin vasitəçiliyi ilə baş tutan İsrail-Həmas danışıqları zamanına təsadüf edir.

"İsrail fələstin əraziləri olan Qəzza və İordan çayının qərb sahilində hücum və təqib siyasətini davam etdirir. Hətta Knessetdə İordan çayı qərb sahilinin ilhaqı məsələsi də geddikcə ciddi şəkildə müzakirəyə çıxarılmaqdadır. Şəksiz Yaxın Şərq problemi təkcə İsrail-fələstinlilər arasında deyil, geniş vüstə alaraq, İsrail-Suriya, İsrail-Livan, İsrail-İran, İsrail-Türkiyə formatında da davam edir və getdikcə genişlənməkdədir".

Müsahibimizin fikrincə, bu toqquşmaların genişlənməsinin əsas səbəbi “Hizbullah”, HƏMAS və digər hərəkatların mahiyyətini tədqiq etməməkdən və ya onların tələblərini qulaq ardına vurmaqdan irəli gəlir. Adıkeçən hərəkatları ötəri və müvəqqəti silahlı birləşmə deyil, ideoloji əsaslara söykənən milli və ideoloji azadlıq hərəkatlarıdır.

"Başqa sözlə desək, Qəzzadan çıxarılan və ya tərki-silah edilən HƏMAS 5-10 ildən sonra yenidən formalaşa bilər. Çünki bu qəbildən olan hərəkatları yerli xalqın işğalla mübarizə istəyinin təzahürüdür".

Samid Bağırov: HƏMAS 5-10 ildən sonra yenidən formalaşa bilər

Onun sözlərinə görə, Qərbin kurasiyasında olan BMT kimi beynəlxalq instansiyalar artıq illərdir ki, Fələstin və Livanda yerli əhalinin hüquqlarını bərpa edə bilmir, ən yaxşı halda qınamaqla kifayətlənir. Digər tərəfdən Qərb dövlətləri işğala məruz qalmış yerli xalqların azadlıq təzahürləri olan adıkeçən hərəkatları terror damğası ilə ləkəmələkdədir, digər tərəfdən də İsraili silahlandırmaı günü-hünən artırırlar. Belə olan təqdirdə yerli xalqların işğalla mübarizə amalı bir müddət zəifləsə də 5-10 ildən sonra yenidən başqa bir hərəkat adı altında meydana çıxacaq.

"Bölgədə gərginliyin artmasının səbəbi İsrailin aşırı tələbləridir. Bəşər Əsəddən sonra Suriyanın 600 kvadrat km ərazisinin işğal edilməsi, Cəbəl-Şeyx kimi yüksəkliklərin nəzarət saxlanılmasında edilən israr, son bir ildə Livanın cənubundakı yüksəkliklərdə hərbi postların, beton divarların və digər istehkamların qurulması ondan xəbər verir ki, İsrail Fələstindən əlavə İsrail və Suriya hava məkanında qalmaq, vaxtaşırı əməliyyatlar həyata keçirmək hüququnu özündə görür. Təl-Əvivin bu tələbləri qalacağı təqdirdə bölgədə HƏMAS və “Hizbullah” kimi hərəkatlar yenidən formalaşa bilər".

S.Bağırov bildirib ki, BMT kimi beynəlxalq instansiyalar illərdir bu və digər region məsələrində acizliyini göstərib. Qarabağ münaqişəsilə bağlı dörd qətnamənin olmasına baxmayaraq heç bir addım atılmadığından 2020-ci ilin sentyabrında Azərbaycan Respublikası ordusu işğal edilmiş ərazilərin geri qaytarılması üçün əks hücuma keçib, tarixi hüquqlarını bərpa edib. Görünən budur ki, bir sıra digər region dövlətləri də bu faktı görüb, işğaldan azad olmağın yolunu müqavimətdə tapıblar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

19 Noyabr 2025