• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

BMT-də çalışan həmyerlimizin vəzifəsi ARTIRILDI

CƏMİYYƏT

09 Yanvar 2023 | 10:14

BMT-də çalışan həmyerlimizin vəzifəsi ARTIRILDI

BMT-nin Macarıstanın paytaxtı Budapeştdəki Terrorla Mübarizə Agentliyində proqram meneceri vəzifəsində çalışan Vüqar Allahverdiyevin vəzifəsi artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, təşkilatın Filippinin paytaxtı Maniladakı Cənub-Şərqi Asiya üzrə regional nümayəndəliyinin rəhbəri təyin edilib.

V.Allahverdiyev əmək fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayıb, 2014-cü ildə təşkilatın ABŞ-ın paytaxtı Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri çalışıb, 2021-ci ildə Terrorla Mübarizə Agentliyinə təyinat alaraq terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR