• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qaxa 45 sm qar yağdı - FAKTİKİ HAVA

CƏMİYYƏT

08 Fevral 2023 | 09:46

Qaxa 45 sm qar yağdı - FAKTİKİ HAVA

Bu günə olan faktiki hava açıqlanıb.

Bakıvaxtı.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, fevralın 8-nə olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.

Qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 24.0 mm, Zaqatalada 16.0 mm, Balakəndə 12.0 mm, Oğuzda 10.0 mm, Lənkəranda 11.0 mm, Astarada 9.0 mm, Gədəbəydə 8.0 mm, Ağdərədə 7.0 mm, Şəkidə 10 mm, Qəbələdə 5.0 mm, Şahbuzda 4.0 mm, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3.0 mm, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2.0 mm, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Neftçala, Mingəçevirdə 20 m/s, Naftalan, Ceyrançöldə 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.

Duman Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5-dək° şaxta, dağlıq rayonlarda 11° şaxta, aran rayonlarında 4°-dək isti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026