• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

BMT-dən Əfqanlara proqnoz: Yer üzündə cəhənnəm

DÜNYA

25 Avqust 2021 | 14:29

BMT-dən Əfqanlara proqnoz: Yer üzündə cəhənnəm

Əfqanıstanda Taliban hakimiyyəti ələ keçirdikdən sonra 14 milyon insanın aclıqla üzləşə biləcəyi böhran gözləyir. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Reuters-ə BMT-nin Dünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli məlumat verib.

BMT sözçüsü illərlə davam edən quraqlıq, qarşıdurma və iqtisadi tənəzzül səbəbiylə "mükəmməl bir fırtına" olacağını, COVID-19 ilə daha da şiddətlənəcəyini proqnozlaşdırıb. O, ölkədəki vəziyyət pisləşərsə, əfqanlar üçün "yer üzündə cəhənnəm" olacağını bildirib.

Bizli dünya siyasətçilərini sürətli hərəkət etməyə çağırdı. Onun sözlərinə görə, humanitar fəlakətin qarşısını almaq üçün sentyabr ayına qədər ən azı 200 milyon dollar tələb olunacaq. Dünya Ərzaq Proqramının İcraçı Direktoru ABŞ, Qətər və Fars Körfəzindəki digər ərəb dövlətlərinin bu pulu verəcəyinə ümid etdiyini də dilə gətirib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026