Azərbaycanda sentyabrın 25-i səhər saatlarında hava şəraiti əsasən yağmursuz keçib.
Bakıvaxtı.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağır.
Qusarda 7 mm, Xaçmaz və Qubada isə 1 mm-dək yağıntı qeydə alınıb.
Hazırda ölkə ərazisində şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada isə 20 m/s təşkil edir.
















