• Bakı 24° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.9753

    RUB - 2.1795

Böyük Britaniyada inflyasiya 3,6%-ə qədər artıb

İQTİSADİYYAT

16 Iyul 2025 | 12:51

Böyük Britaniyada inflyasiya 3,6%-ə qədər artıb

Bu ilin iyun ayında Böyük Britaniyada istehlak qiymətləri illik müqayisədə 3,6% artıb.

Bakıvaxtı.az "Trading Economics"ə istinadən xəbər verir ki, bu, ölkənin Milli Statistika İdarəsinin (ONS) hesabatında yer alıb.

Hesabata əsasən, iyunun inflyasiya səviyyəsi 2024-cü ilin yanvarından bəri ən yüksək olub. İyun ayında ərzaq və alkoqolsuz içkilər 4,5% (mayda 4,4%), əyləncə və istirahət 3,3% (3,2%), nəqliyyat xidmətləri 1,7% (0,7%) bahalaşıb. Restoran və mehmanxanalarda qiymətlər 2,6% (2,8%) artıb. Geyim və ayaqqabıların qiyməti 0,5% artıb.

İstehlak qiymətləri iyun ayında əvvəlki ayla müqayisədə 0,3%, may ayında isə 0,2% artıb.

Əvvəlki ayla müqayisədə RPI may ayında 0,2% artdıqdan sonra 0,4% artıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR