• Bakı 27° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Azərbaycanda KOB subyektlərinin dövriyyəsi 10 % artıb

İQTİSADİYYAT

14 Avqust 2025 | 14:46

Azərbaycanda KOB subyektlərinin dövriyyəsi 10 % artıb

2024-cü ildə Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin dövriyyəsi təxminən 48 milyard manat təşkil edib.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən 10 % çoxdur.

İl ərzində KOB-ların sayı isə 14 %-ə yaxın artıb. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.

Azərbaycanda sahibkarların 99 %-dən çoxunu KOB subyektləri təşkil edir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-a qədər, illik gəliri 200 min manata qədər olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manata qədər sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.


SON XƏBƏRLƏR