• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

BRİKS genişləndiriləcək? - Peskovdan açıqlama

SİYASƏT

22 Oktyabr 2024 | 16:15

BRİKS genişləndiriləcək? - Peskovdan açıqlama

"Kazanda keçiriləcək sammitin gündəmində BRİKS-in genişləndirilməsi mövzusu yoxdur, lakin bu məsələ müzakirə olunacaq". 

Bakıvaxtı.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, BRİKS-in genişlənmə mövzusu Kazan sammitinin gündəliyində deyil. 

Qeyd edək ki, Kazanda BRİKS sammiti başlayıb. Tədbir oktyabrın 24-dək davam edəcək. İclasda ilk dəfə olaraq assosiasiyaya yeni üzv ölkələr iştirak edəcək. BRİKS beş ölkədən ibarət beynəlxalq qrupdur: Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası (RSA). 2024-cü ildə Misir, İran, BƏƏ və Efiopiya BRİKS-ə qoşulub. 

Gülşən Şərif


SON XƏBƏRLƏR