• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Brüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİB

SİYASƏT

14 Dekabr 2021 | 18:19 | Müəllif: Subhan Mahmudov

Brüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİB

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu. Şarl Mişelin Azərbaycan Respublikasına səfəri xatırlandı. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirib.

Eyni zamanda, bu gün Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub.

Bakıvaxtı.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.


Brüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİBBrüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİBBrüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİBBrüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİBBrüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİBBrüsseldə İlham Əliyev ilə Şarl Mişel arasında görüş olub - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026